Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiyalı biznesmenlər Azərbaycana investisiya yatırmağı planlaşdırırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyalı biznesmenlər Azərbaycana investisiya yatırmağı planlaşdırırlar

Rusiya Federasiyasının sahibkarları Azərbaycana böyük məbləğdə investisiya yatırmağı planlaşdırırlar. Şəmkirdə olan rusiyalı biznesmenlər də bu faktı gizlətmədilər. 

 

"Marja" xəbər verir ki, Rusiya Federasiyasının Smolensk Region İxrac Mərkəzinin direktoru Maksim Astapenkov, “Smolensk İstehsalçıları Birliyi” MMC-nin baş direktoru Vladislav Donetsk, “Belarusiya İstehsalat Şirkəti” MMC-nin təsisçisi Səməd Yusifov Şəmkirdə olublar. Onlar Azərbaycanda yaradılan sağlam biznes mühitindən yararlanaraq iş qurmaq arzusunda olduqlarını bildirmişlər.
.

Şəmkir Rayon İcra Hakimiyyətində sahibkarlar ilə görüş keçirilib.


Qonaqlar rayonda fəaliyyət göstərən bir neçə müəssisədə də olmuşlar. Əvvəlcə Şəmkir Aqroparkında onlara keçən il ölkə rəhbərinin iştirakı ilə burada istifadəyə verilən Logistika Mərkəzində görülən işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Şəmkir Aqroparkında respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, hotel və digər müəssisələr inşa olunacaqdır. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, məhsulları çeşidləmə, markalama, qablaşdırma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi sayəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaqdır.

 

Rusiyalı iş adamları Qafqazda ən böyük balıqyetişdirmə təsərrüfatına - “Azforel” MMC-yə də getmiş, burada aparılan tikinti işləri ilə tanış olmuşlar.

 

Rusiya Federasiyasının iş adamları Şəmkirə etdikləri səfərdən razı qaldıqlarını,  rayonda iş adamlarına yaradılan şəraitdən bəhrələnəcəklərini bildirmişlər.

20.02.2018 04:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ