Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dörd ölkədən "İpək Yolu" layihəsinə qarşı əməkdaşlıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dörd ölkədən "İpək Yolu" layihəsinə qarşı əməkdaşlıq

Çinin "Müasir İpək yolu" olaraq görülən 1 trilyon dollarlıq "Bir kəmər və Bir yol" layihəsinə qarşı, dörd ölkənin alternativ bir yol üçün danışıqlar apardığı bildirilir.
 

"Marja" xəbər verir ki, "Australian Financial Review" qəzetinin xəbərinə görə, ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın "Bir kəmər və Bir yol"a alternativ bir marşrut üçün güclərini birləşdirəcəyi qeyd olunub.
 

Xəbərdə, ABŞ Prezidenti Donald Trumpın bu həftə Avstraliyanın Baş naziri Malkolm Turnbullla keçirəcəyi görüşdə məsələnin gündəmə gələcəyi qeyd edilib.
 

Dörd ölkənin, Çinin artan təsirinə qarşı necə bir addım atıla biləcəyi məsələsində danışıqlar apardığı qeyd edilərkən, ABŞ-lı bir mənbə alternativ marşrut planının hələ ideya mərhələsində olduğunu deyib.
 

"Hindustan Times" qəzetinin xəbərinə görə isə, ABŞ və Hindistan arasında Çinə qarşı alternativ yol axtarışı ötən ildən bu yana davam edir. ABŞ tərəfdaşları Yaponiya, Hindistan və Avstraliya ilə danışıqları sürətləndirib. Dörd ölkə liderlərinin noyabr ayında Manilada keçirilmiş ASEAN Sammitində Çinin artan gücünə qarşı görüləcək tədbirləri müzakirə ediblər.
 

"BİR KƏMƏR, BİR YOL" LAYİHƏSİNDƏ AZƏRBAYCAN DA VAR
 

Çinin 1 trilyon dollarlıq "Bir kəmər və Bir yol" layihəsi, Asiyadan Yaxın Şərqə, Avropaya, Afrikaya uzanacaq bir ticarət şəbəkəsi qurulmasını nəzərdə tutur. 65 ölkə, dünya əhalisinin  60%-ni və qlobal Ümumi Daxili Məhsulun üçdə birini əhatə etməsi planlaşdırılan bu yolun üstündə Bakı-Tiflis- Qars dəmir yolu da yer alır.

20.02.2018 04:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ