Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

42 sığorta agentinin lisenziyası ləğv edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
42 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən 42 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilmişdir. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Lisenziyaların ləğvinə səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək fiziki şəxs sığorta agenti fəaliyyəti barədə Palataya rüblük hesabatların təqdim etməmələri olmuşdur.

 

Belə ki, Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən siyahıda adları qeyd edilmiş şəxslər (siyahı əlavə olunur) rüblük hesabatları Palataya təqdim etmədiklərinə görə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsinin 3 ay müddətinə dayandırılması barədə qərar qəbul edilmiş və müvafiq məktub göndərilmişdir.

 

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar həmin şəxslər tərəfindən aradan qaldırılmaması səbəbindən Palata “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq sığorta agentləri fəaliyyətinə lisenziya almış 42 nəfər fiziki şəxslərin lisenziyalarını ləğv edib.

26.01.2017 17:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ