Elektron sənəd dövriyyəsi üzrə mütəxəssis/məsləhətçi tələb olunur

Hal-hazırda, aşağıda göstərilən bacarıqları olan Biznes Consulting şöbəsində ECM (Enterprise Content Management) konsaltinq rolunda potensial namizədlər axtarılır:

 

Vəzifə öhdəlikləri:

-ECM və BPM biznes həlləri barəsində məsləhət xidmətləri göstərilməsi

-Müştərilərdə biznes proseslərin araşdırılması asanlaşdırılması

-Biznes tələblərə texniki dizayn verilməklə həll edilməsi

-ECM və BPM həllərinin dizaynının verilməsi, tətbiqinin həyata keçirilməsini və dəstək verilməsi

-Biznes tələblərə cavab verən həll dizaynlarını hazırlayıb inkişaf etdirilməsi

-Biznes problemləri və həllin tələblərini yenidən istifadə edilə bilən texnoloji həllər ilə uyğunlaşdırılması

-Records Management və Process Improvement həlləri üzrə proseslərin planlaşdırılması, inkişaf etdirilməsi, yüklənmısi, sənədləşdirilməsi və dəstək verilməsi

-ECM və BPM strategiyaları, siyasətləri, idarəetmə və arxitektura tövsiyələrinin yaradılması

-Boşluqların müəyyənləşdirməsi, dəstəklənə və təkrarlana bilən metodologiyalardan istifadə edilərək həll edilməsi

-Problemləri müəyyənləşdirin, izlənilməsi, həll edilməsi və qarşısının alınması

 

Tələblər:

-Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında Kargüzarlığın aparılmasına dair təlimat haqqında məlumatlı olması

-Yeni problemləri həll etmək üçün mövcud təcrübədən istifadə etməyi bacarmalı, sürətlə yeni bacarıqlar əldə etmək və bilmədiyi mövzuları araşdırıb öyrənməli

-Excel, Word, PowerPoint, Visio, Project və s. proqramlarla işləmə bacarığı

-ümumi İT biliklərinə yiyələnməli (Verilənlər bazası, Proqramlaşdırma, Server və s.)

 

Səriştələr:

-üstün yazılı və şifahi ünsiyyət bacarığına malik olmalı

-Komanda ilə işləməyi bacarmalı

-Gərgin iş şəraitində işləməyi bacarmalı

-öz üzərində işləməyi bacarmalı

üstünlük verilir:

-Qabaqcıl ECM həllər üzrə biliklər (OnBase, Perceptive, FileNet, SharePoint, Kofax, Documentum, OpenText və s)

-Sistem arxitekturası üzrə təcrübə, Sənəd dövriyyəsi sistemlərinin dizaynı və tətbiqi xüsusiyyətləri daxil olmaqla

-Kargüzarlığın idarə edilməsi prinsipləri haqqında biliklər (identifikasiya, saxlama, mübadilə)

-Kompleks analitik və texniki məsələlərin diaqnostikasında, idarə olunmasında və həllində göstərdiyi uğurlar

-Sənəd dövriyyəsi sistemləri üzrə sertifikat (OnBase, SharePoint, Kofax və s.)

-Xaricdə ali tehsil

 

Dil bilikləri:

-İngilis dili

-Rus dili

 

Müraciət qaydaları

-Müraciət üçün CV-nizi  [email protected] emailinə göndərməyinizi xahiş edirik.

-Vakansiyalar üzrə son müraciət tarixi 10 Mart 2018 - ci il .

-Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində (http://www.bmsgl.com/career/) tanış olmaq mümkündür. 

21 Fevral 2018 , 16:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin