Bakıda Hindistan məhsulları nümayiş olunacaq - SƏRGİ

Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13-16 mart 2018-ci il tarixində Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək. 

 

"Marja" Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının saytına istinadən xəbər verir ki, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, eklektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.

 

Sərgi  Hindistanın Ticarət və Sənaye Nazirliyi və Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Amay ticarət mərkəzində baş tutacaq.

 

1905-ci ildə yaradılan PHD( Progress Harmony for Development- İnkişaf üçün Tərəqqi Harmoniyası) Ticarət və Sənaye Palatası 48,000 sahibkarlar subyektini özündə birləşdirən Hindistanın ən qədim və böyük ticarət palatalarından biri hesab olunur.

20 Fevral 2018 , 08:49   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin