“Günay Lizinq” yenidən fəaliyyətə başlayıb
Azərbaycanın “Günay Bank” ASC-nin təsis etdiyi “Günay Lizinq” Məhdud Məsuliyyətli Müəssisə yenidən fəaliyyətə başlayıb. Bu barədə şirkətin direktoru Fərid Behbudov məlumat verib.
F.Behbudovun sözlərinə görə, müştərilər “Günay Lizinq” şirkətinə yaxınlaşmaqla illik faiz dərəcəsi 22%-dən, minimal ilkin ödəniş 25%-dən başlayaraq, maksimal müddət 36 ayadək olan şərtlərlə arzuladıqları avtomobilə sahib ola bilərlər.
F.Behbudov bildirib ki, ilkin olaraq müştərilərə avto-lizinq xidmətləri təklif olunur:
“Avto-lizinq xidmətlərinə adi avtomobillərlə yanaşı xüsusi təyinatlı avtomobillərin lizinqi də daxildir. Şirkət yalnız rəsmi satış mərkəzləri ilə əməkdaşlıq edir. Hazıda yalnız yeni avtomobillər üçün lizinq xidmətləri göstərilir. Müştəri tərəfindən digər avadanlıqların lizinqi təklifi olarsa, biz həmin müştəriyə fərdi qaydada yanaşma edə bilərik”.
Qeyd edək ki, “Günay Lizinq” şikrəti 2000-ci ildən fəaliyyətə başlayıb. Şirkətin baş ofisi Bakı şəhəri, Aşıq Alı küçəsi,3A ünvanında yerləşir.
© Fed
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
13 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
17 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
17 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 20 saat əvvəl
- 20 saat əvvəl