9 bank qiymətli kağızlara investisiya yatırmayıb
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Bank VTB Azərbaycan", "Express Bank", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "NBC Bank"dır.
Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 135,854 milyon manat), "PAŞA Bank" (395,944 milyon manat), "Kapital Bank" (286,003 milyon manat), "Xalq Bank" (235,304 milyon manat) və "Rabitə Bank"dır (105,793 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 10 bankda 10-100 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan da azdır. Həmin banklar "Amrah Bank" (1,333 milyon manat), "Bank BTB" (2,597 milyon manat), "Turan Bank" (3,55 milyon manat), "Azər-Türk Bank" (4,288 milyon manat), Pakistan Milli Bankının Bakı filialı (7,021 milyon manat) və "Nikoyl Bank"dir (7,239 milyon manat).
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl