Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Səhiyyə Nazirliyi: Azərbaycana dərmanlar daha çox Avropadan gətirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhiyyə Nazirliyi: Azərbaycana dərmanlar daha çox Avropadan gətirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycana bütün ölkələrdən dərman vasitələri idxal olunur".

 

Reklam_3_11

Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmokonəzarət sektorunun müdiri Elmin Quliyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir:

 

"Sonra bazarda əsasən Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar üstünlük təşkil edir. Azərbaycana Banqladeş və Hindistandan da dərmanlar gətirilir. Lakin bunların sayı o qədər də çox deyil".


AEM-in dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova isə bildirib ki, düzgün istifadə edilmədikdə, aptekdən alındıqdan sonra evdə normal şəraitdə saxlanılmadıqda dərmanlardan zəhərlənmələr baş verir: "Dərmanlardan zəhərlənmələr onların keyfiyyətsiz olması ilə bağlı deyil. Bir də ki, dərman preparatları uşaqların əl çatmadığı yerlərdə saxlanmalıdır. Bəzən uşaqlar bir günlük yox, sutkalıq dozanı qəbul edirlər ki, bu da zəhərlənmələrə səbəb olur". 

 

© APA

20.02.2018 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ