Ən yuxarı statik reklam-3_3

Sabaha olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı

 

Fevralın 21-nə olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi- meteoroloji proqnoza gəlincə, fevralın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

20.02.2018 09:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ