Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qazaxıstan neft hasilatını 25% artırmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan neft hasilatını 25% artırmağı planlaşdırır

Qazaxıstan neft və qaz kondensatı hasilatını 2025-ci ilə kimi 107,3 mln. tona (783 mln. barel) çatdırmağı planlaşdırır.

 

"RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə təsdiq olunan ölkənin strateji inkişaf planında bildirilir.

 

Qeyd edək ki, 2017-ci ildə Qazaxıstanda neft və qaz kondensatı hasilatı 86,2 mln. ton (629 mln. barel) təşkil edib və bu, illik müqayisədə 10,5% çoxdur. 2025-ci ilə kimi isə hasilatın 2017-ci illə müqayisədə 24,5% artırılması nəzərdə tutulub.

 

Sənəddə qeyd olunub ki, hasilatda artım "Kaşaqan" yatağının işlənməsi və "Tengiz" yatağının genişləndirilməsi hesabına baş tutacaq.

 

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Qazaxıstanın energetika naziri Kanat Bozumbayev ölkəsinin OPEC+ anlaşmasından tədricən çıxmasını dəstəklədiyini bildirib.

20.02.2018 09:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ