Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ ilə Meksika arasındakı "divar gərginliyi" artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ ilə Meksika arasındakı "divar gərginliyi" artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meksika sərhədinə divar tikilməsini nəzərdə tutan sərəncama imza atan ABŞ Prezidenti Donald Trump ilə Meksika rəhbərliyi arasındakı "divarın maliyyələşdirilməsi" müzakirəsi getdikcə böyüyür.


 
"Marja" xəbər verir ki, divarın maliyyələşdirilməsi ilə bağlı qarşılıqlı açıqlamaların ardından, Trump, sosial media hesabı Twitter-dən etdiyi açıqlamada, "Əgər Meksika, təcili ehtiyac olan bu divarın pulunu ödəmək istəmirsə bəlkə də qarşıdakı iclası ləğv etmək daha yaxşı olar" ifadəsini istifadə edib.

Reklam_3_11


 
 "ABŞ-a getmirəm"


 
Bu ayın sonunda Vaşinqtonda iki ölkə liderinin görüşəcəyi tədbirin ləğv edilməsi açıqlaması qarşısında çaşqına dönən Meksika rəhbərliyi ilk saatlarda rəsmi açıqlama verməyib. Daha sonra Meksika Prezidenti Enrique Penya Nieto "ABŞ-a getmirəm" açıqlamasını edib.
 


Açıqlamasında, "ABŞ Prezidenti ilə qarşıdakı çərşənbə axşamı günü keçirilməsi planlaşdırılan toplantıya qatılmayacağımı bu səhər Ağ Evə çatdırdıq"- deyən Nieto, iki ölkə arasında əməkdaşlığın davam etməsi lazım olduğuna inandığını vurğulayıb.


 
"Twitter vasitəsilə diplomatiya olmaz"


 
 Meksikanın maliyyə naziri Jose Antonio Meade  isə, "Güman edirəm diplomatiya Twitter vasitəsilə aparılmamalıdır"- deyərək Trumpın divarla bağlı prosesi sosial media hesabı üzərindən idarə etməsini tənqid edib.
 


 Trump: Toplantının ləğvi məsələsində razı qaldıq


 
Meksika Prezidentinin açıqlamasına Filadelfiyada cavab verən Trump, "Meksika Prezidenti ilə mən, gələn həftə keçirilməsi planlaşdırılan toplantının ləğvi məsələsində razı qaldıq. ABŞ-a hörmət göstərməyən Meksika ilə belə bir görüş səmərəsiz olardı",- açıqlamasını edib.

27.01.2017 04:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ