Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Avropa bankı Azərbaycanın ən iri bankında 25% pay ala bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa bankı Azərbaycanın ən iri bankında 25% pay ala bilər

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankının (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə hələ də maraq göstərir.

Reklam_3_11

 

Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte Reuters-ə müsahibəsində bildirib ki, özəlləşdirmə imkanını müzakirə etmək üçün AYİB ABB rəhbərliyi və hökumət nümayəndələri ilə təmasları saxlayır.

 

Xanım İ.Duarte deyib ki, ABB-nin hər hansı strateji investora satılacağı və belə olan halda AYİB-in əlavə maliyyə investoru qismində dəstək verəcəyi və ya söhbətin səhmdar kapitala digər növ daxil olmadan getdiyi gələ aydın deyil.

 

Bununla belə, AYİB səhmdar kapitalda adətən 5-dən 25 faizədək pay alır.

 

"Bank özəlləşdirməyə hazır olan kimi biz mütləq ABB-nin səhmlərinin alışı məsələsinə baxacağıq", - deyən nümayəndəliyin rəhbəri sövdələşmənin bağlanma tarixini açıqlamayıb.

 

Bundan əvvəl AYİB-in prezidenti Suma Çakrabarti bəyan etmişdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası və profilinin dəyişdirilməsinə kömək etməkdən şad olardı.

 

©Trend

20.02.2018 13:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ