Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qonaqlar Azərbaycan otelinə "Mükəmməl" rəy verdi, “Booking.com”dan mükafat aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qonaqlar Azərbaycan otelinə "Mükəmməl" rəy verdi, “Booking.com”dan mükafat aldı

Azərbaycanın ən müasir və dəbdəbəli otellərindən biri – “Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülmüşdür. Bu barədə "Marja"ya oteldən bildirilib.

 

Reklam_3_11

Otel mümkün 10 baldan 9,4 balla “Mükəmməl” səviyyəsində mövqeyini inamla qoruyur və buna görə “Garabag Resorts&Spa” rəylərini bölüşən qonaqlara öz minnətdarlığını bildirir.

 

“Hər bir ziyarətçinin otelimiz ilə bağlı gözəl təəssüratlarının yaranması bizim üçün çox vacibdir. Kollektivimiz ən yüksək səviyyədə xidmət göstərməyə çalışır və biz şadıq ki, “Garabag Resorts&Spa” qonaqlarımızın əksəriyyətinin gözləntilərini doğruldur. Həm “Booking.com”, həm də veb-saytımız vasitəsilə paylaşılan rəylər bunu bir daha vurğulayır”, - “Garabag Resorts&Spa” otelinin baş meneceri Elçin Zeynalabdin bildirmişdir.

 

Günbəgün daha çox insan internetə müraciət edir və otelləri bronlaşdırmadan öncə başqa səyahətçilərin rəyləri ilə tanış olur. Çox vaxt məhz bu rəylər əsasında formalaşan qiymətləndirmə yer seçimi barədə qərara öz təsirini göstərir. “Booking.com” otellərin onlayn bornlaşdırılması üzrə dünyanın ən böyük resursları sırasına daxildir. Bu veb-saytda bütün rəylər otel tərəfindən və resursun özü tərəfindən qonağın həmin oteldə qalmasının təsdiq olunmasından sonra dərc edilir. Bu, daha obyektiv və şəffaf qiymətləndirmə sistemini yaratmağa imkan verib.

 

“Garabag Resorts&Spa” oteli öz müalicəvi xüsusiyyətləri ilə 600 ildən çoxdur tanınan unikal Naftalan yağı sayəsində dünya şöhrəti qazanmış Naftalan kurort şəhərində yerləşir. Burada ənənəvi və xüsusi prosedurların geniş seçiminin təqdim olunduğu “ENTERA” müalicə-sağlamlıq mərkəzi fəaliyyət göstərir.

 

Otel öz inkişaf etmiş infrastrukturu və müasir rahatlığı ilə qonaqlarına rahat tərtibli otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün bir çox əyləncə təklif edir. “Garabag Resorts&Spa” təkcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli otel deyil – bu, sağlam həyat tərzi, relaksasiya və dadlı mətbəxin vəhdətidir.

20.02.2018 14:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ