Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Yapı Kredi Bank Azərbaycan" faizləri endirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yapı Kredi Bank Azərbaycan" faizləri endirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda əmanətdə illik 10%-dən yüksək gəlir təklif edən bankların sayı azalır.

 

"Marja" xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan" QSC 1 illik manat əmanəti üzrə faiz dərəcəsini 11%-dən 8%-ə endirib. 

 

Həmçinin əmanət qarşılığında kreditlər üçün faiz dərəcələri də aşağı salınıb. 

 

Məlumata görə, Bank manat əmanəti yerləşdirən şəxslərə manatla təklif etdiyi kreditlər üzrə faiz dərəcəsini 6% ucuzlaşdıraraq 14%-də qərarlaşdırıb.

 

Bundan əlavə xarici valyuta – həm dollar, həm də avro ilə depozit qarşılıqlı kreditlərin də faizi 3.75% endirilərək 12.50% həddində salınıb.

 

Bank valyuta depoziti qarşılıqlı manat krediti üçün isə faiz dərəcəsini daha kəskin endirib. Belə ki, faiz 6.75% endirilərək 12.25% səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi bankı pul siyasətini yumuşaltmağa başlayıb. Bank uçot faiz dərəcəsini 15%-dən 13%-ə endirib.

 

Həmçinin faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilib. Nəticədə də, depozit hərraclarında və notların yerləşdirilməsində faiz aşağı düşüb.

20.02.2018 16:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ