"Yapı Kredi Bank Azərbaycan" faizləri endirdi
Azərbaycanda əmanətdə illik 10%-dən yüksək gəlir təklif edən bankların sayı azalır.
"Marja" xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan" QSC 1 illik manat əmanəti üzrə faiz dərəcəsini 11%-dən 8%-ə endirib.
Həmçinin əmanət qarşılığında kreditlər üçün faiz dərəcələri də aşağı salınıb.
Məlumata görə, Bank manat əmanəti yerləşdirən şəxslərə manatla təklif etdiyi kreditlər üzrə faiz dərəcəsini 6% ucuzlaşdıraraq 14%-də qərarlaşdırıb.
Bundan əlavə xarici valyuta – həm dollar, həm də avro ilə depozit qarşılıqlı kreditlərin də faizi 3.75% endirilərək 12.50% həddində salınıb.
Bank valyuta depoziti qarşılıqlı manat krediti üçün isə faiz dərəcəsini daha kəskin endirib. Belə ki, faiz 6.75% endirilərək 12.25% səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi bankı pul siyasətini yumuşaltmağa başlayıb. Bank uçot faiz dərəcəsini 15%-dən 13%-ə endirib.
Həmçinin faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilib. Nəticədə də, depozit hərraclarında və notların yerləşdirilməsində faiz aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 saat əvvəl
-
21 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl