Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bill Qeytsi təəccübləndirən vergi sistemi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bill Qeytsi təəccübləndirən vergi sistemi!

Bill Qeyts (Bill Gates) də ABŞ Prezidenti Donald Trumpın 1.5 trilyon dollarlıq vergi güzəştləri (fvergi dərəcələrinin endirilməsi) qanununu tənqid edənlər sırasına qoşulub.

 

"Marja" xəbər verir ki, xeyirxah və milyader Bill Qeyts, "Hamıdan daha çox vergi ödəmişəm, 10 milyard dollardan çox vergi ödəmişəm, amma hökumət mənim kimi varlı insanlardan daha çox vergi ödəməyi tələb etməlidir" - deyib.
 

ABŞ Prezidenti Donald Trumpın dekabr ayının sonunda imzaladığı 1.5 trilyon dollarlıq vergi güzəştləri ilə bağlı qanunun zənginlərə və şirkətlərə fayda verəcəyi deyilir. Bu səbəbdən də Demokratiya Partiyası qanuna qarşı çıxırdı.

 

CNN-ə danışan Microsoft-un banisi Bill Qeyts, bunun, orta sinif ailələrin deyil, ən varlıların xeyrinə, mütərəqqi deyil, mürtəce bir vergi qanunu olduğunu deyib.
 

DÜNYANIN ƏN VARLI İKİNCİ ADAMIDIR
 

Qeyts, Amazon-un qurucusu Cef Bezosdan sonra dünyanın ən varlı ikinci adamıdır. Onun 92 milyard dollarlıq sərvəti var.
  

Şəxsi varidatının 40 milyard dollarını xeyriyyə işləri üçün bağışlamış Qeyts, 2000-ci ildə həyat yoldaşı ilə birlikdə xeyriyyə təşkilatı yaradıb. Onlar səhiyyə xidmətlərinin düzəldilməsi, təhsil imkanlarının artırılması və yoxsulluqla mübarizə üçün çalışırlar.

21.02.2018 07:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ