Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın qonşusunda zavodunu qurur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın qonşusunda zavodunu qurur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hindistanın "Hero MotoCorp Ltd." şirkəti Türkiyədə zavodunun tikintisinə başlayıb. "Marja" xəbər verir ki, Türkiyə ilə bərabər Avropa ölkələrinə də motosiklet satmağı planlaşdıran marka, payızında istehsala başlayacaqdır.


 
ÖZ MARKASINI YARADIB

Reklam_3_11


 
Bir çox motosiklet markası üçün mühərrik istehsal etdikdən sonra 2011-ci ildə öz brendini quran və son 10 ildə Hindistanın ən böyük sənaye şirkətləri arasına girən Hero, bazardan daha çox pay almaq üçün hərəkətə keçib. Avropaya çıxmağı hədəfləyən Hero, mərkəz kimi Türkiyəni seçib. "Hero Motosiklet"in sədri Pawan Munjal, qlobal markaların Türkiyədə gözü olduğunu qeyd edərək, bunları söyləyib:


 
"Dünyada 80 milyon istifadəçiyə çatdıq. İllik istehsalımız 7.5 milyon ədəddir. 36 ölkədə fəaliyyət göstəririk. Türkiyə, Avropaya girmək istəyən Hero üçün son dərəcə əhəmiyyətlidir. Türkiyəyə Avropa bazarı üçün bir giriş qapısı kimi baxırıq. Bu səbəbdən də Türkiyədə zavod açırıq. İstehsal etdiklərimizi yalnız Türkiyə deyil, Avropaya da satacağıq. Türkiyənin Avropa Birliyi ilə gömrük müqaviləsi olması da böyük üstünlükdür" deyib.


 
İLLİK İSTEHSALI 7 MİLYON ƏDƏDDƏN ÇOXDUR


 
"Hero Motocorp Ltd" (Keçmiş adı Hero Honda Motors Ltd), iki təkərli vasitə istehsalında dünyanın ən böyük istehsalçıları arasındadır. Dünya üzrə ildə 7 milyondan çox motosiklet istehsal edən Hero, 1947-ci ildə yaradılıb, 2011-dən etibarən öz markası üçün istehsala başlayıb. Təxminən 12 min nəfərin çalışdığı Hero Motor, ən sürətli böyüyən motosiklet markaları arasında yer alır.

21.02.2018 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ