Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

JOCAP “Abşeron”un operatoru olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
JOCAP “Abşeron”un operatoru olacaq

"Joint Operating Company Absheron Petroleum” (JOCAP) əməliyyat şirkəti 2018-ci ilin II rübündən “Abşeron” yatağının işlənməsi layihəsinin operatoru olacaq.

 

Reklam_3_11

"Hazırda “Abşeron” yatağının işlənməsi layihəsinin operatoru “TOTAL E&P Absheron B.V.” şirkətidir.
(TOTAL şirkətinin törəməsi).

 

 II rübdən etibarən operatorluq “Joint Operating Company Absheron Petroleum”a (JOCAP) keçəcək", - deyə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsinə (ƏMSSTQ) dair hesabatda qeyd olunur.

 

Hesabata əsasən SOCAR və TOTAL-ın birgə müəssisəsi olan JOCAP-da tərəflərin hər biri 50% pay sahibidir.

 

Qeyd edək ki, TOTAL bu ilin mart ayında “Abşeron” yatağındakı ilk quyuda (ABD-001) qazma işlərinə başlamağı planlaşdırır. Qazma işləri 2019-cu ilin mart ayında yekunlaşacaq.

 

Quyu dənizin 450 metr dərinliyində qazılacaq. “Abşeron” yatağından ilk qaz hasilatına 2020-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Birinci mərhələdə yataqdan sutkada 4,3 mln. kubmetr qaz və 12 min barel kondensat hasilatı nəzərdə tutulur.

 

Birinci mərhələ çərçivəsində hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

 

© İnterfaks-Azərbaycan

21.02.2018 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ