Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır, minə yaxın hüquqşünas var". 

 

Reklam_3_11

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu " Tibb hüququ - Azərbaycan hüquq elminin yeni sahəsi  kimi" mövzusunda keçirilmiş konfransda deyib. 
 


A. Bağırov deyib ki, hazırda bu istiqamətdə lazımı tədbirlər görülür: "Dövlət başçısının vəkillərin sayının artırılmasına dair tövsiyələri də var. Zəruri tədbirlər görülür". 

 

Vəkillərin sübutlara çatmaq baxımından əziyyət  çəkdiklərini vurğulayan A. Bağırov deyib ki, bu, vəkillərin fəaliyyəti üçün problem yaradır: " Düşünürəm ki, vəkillərin sübutlara çatımlığı daha da genişləndirilməlidir".  
 

Vəkillərin tibb hüququ sahəsində lazımı bilik və səriştəyə malik olmadığını vurğulayan  A. Bağırov deyib ki, Kollegiya vəkillər tərəfindən bu sahənin daha yaxından öyrənilməsi üçün səylər göstərəcək: "Vəkillərimiz əvvəlki tədris proqramları üzrə təhsil alıb. Tibb hüququ fənni üzrə tədris proqramları,  saatlar nəzərdə tutulmalıdır. Nəinki vəkillər, hakimlər üçün də kursların hazırlanması vacibdir. Qısa zamanda bu işlər görülməlidir. Vəkillər Kollegiyasının potensialı genişdir və bu sahədə sıx əməkdaşlığa  hazırdır". 

 

© APA

21.02.2018 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ