850 milyon dollarlıq təzminat

iç səhifə xəbər başlığı altı (mobil)_31
850 milyon dollarlıq təzminat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın Minnesota ştatında mədən və kimya sənayesi şirkəti 3M, kimyəvi məmulatlar istehsal edən zavodunun ətraf mühitə vurduğu zərər üçün 850 milyon dollar təzminat ödəməyi qəbul edib.
 

"Marja" xəbər verir ki, ştatın prokuroru Lori Swanson, keçmiş adı "Minnesota Mədən və Emal" Şirkəti olan beynəlxalq şirkətin əyalətdəki istehsal obyektlərinin kimyəvi tullantılarla ətraf mühitə və təbii ehtiyatlara verdiyi zərər səbəbi ilə açılan məhkəmə işində razılığa gəldiklərini açıqlayıb.
 
  
Şirkət, razılaşma çərçivəsində ştata 850 milyon dollar təzminat ödəməyi qəbul edib.


 
Swanson, şirkətin 15 gün ərzində edəcəyi ödəmənin, ABŞ-da bu günə qədər ətraf mühitə vurulan zərər üzrə ödənən ən yüksək təzminat olduğunu bildirib.
 

Təzminat, 3M-in ən böyük zavodunun yerləşdiyi Sankt-Pol şəhəri və ətrafındakı yaşayış məntəqələrinin təmiz içməli su ilə təmin olunması, kimyəvi tullantılar səbəbindən suvarma kanalları çirklənən fermer və istehsalçılara yardım edilməsi üçün istifadə ediləcək.
 

Şirkət, ilk dəfə 2010-da açılan məhkəmə işində, illər ərzində kimyəvi tullantılar səbəbindən aralarında Mississipi Çayının 160 kilometrlik bir hissəsinin də olduğu təbii sərvətlərə zərər verməklə günahlandırmışdı. Prokurorluq, şirkətin sözügedən zərər səbəbi ilə 5 milyard dollar təzminat ödəməsini tələb edirdi.

21.02.2018 10:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ