Ən yuxarı (mobil)_30

Ötən il Azərbaycana pul köçürmələri kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il Azərbaycana pul köçürmələri kəskin artıb

 2017-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

 
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

 

Bildirilir ki, ilkin rəqəmlərə əsasən 2017-ci ildə ölkəyə daxil olan pul baratları 1,2 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 2,13 dəfə çoxdur. Qeyd edək ki, 2016-cı ildə ölkəyə daxil olan pul baratları 564 mln. manat təşkil edib.

 

2017-ci ildə ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları 8,6 mlrd. manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 55,4%-ni təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya, İsveçrə və Çexiya sərmayədarlarına məxsus olub.

 

Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da biruzə verib. Ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artıb. 2017-ci ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 2,9 dəfə üstələyib.

21.02.2018 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ