Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

61 depozit, 49 not hərracı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
61 depozit, 49 not hərracı keçirilib

İl ərzində bank sistemində izafi likvidliyin akkumulyasiyası şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha böyük tələbat olmuşdur. Hesabat ilində Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 61 depozit hərracı, notların yerləşdirlməsi üzrə 49 hərrac keçirmişdir.

 

"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

 

Depozit əməliyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilmiş, notlar isə 28 gün müddətinə yerləşdirilmişdir. 2017-ci ilin sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1.9 mlrd. manat olmuşdur ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 10.2 dəfə çoxdur.

 

Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 1 mld. 13 mln.manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 926 mln.manat təşkil etmişdir. 

 

Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərmişdir. 

 

Qeyd etmək lazımdır ki, açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. İl ərzində depozit əməliyyatları ilə vəsaitlər 10%-14.87%-lə cəlb edilmiş, notlar isə 10.01%-14.99%-lə yerləşdirilmişdir.

21.02.2018 10:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ