Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR laboratoriyalar üçün məhsulunu bazara çıxarıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR laboratoriyalar üçün məhsulunu bazara çıxarıb

     
SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlamışdır. Bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.


"Bununla da Azərbaycanın qaz kimya sənayesində ilk dəfə olaraq, son istehlak məhsullarının istehsalına start verilmişdir. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanmış və ilkin satış həyata keçirilmişdir. Əlamətdar haldır ki, “SOCAR Methanol” MMC-nin istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır",- Şirkət bildirib. 

 

Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir. 

 

“SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: “Bu gün analitik metanol istehsalının başlanması ilə ölkəmizin emal sənayesində yeni bir səhifə açılır. Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanılmışdır. Bununla da SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atmışdır.” 

 

Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir. 

 

SOCAR son illərdə məhz neft-qaz emalı və kimya sənayesinə qoyulan sərmayələri artıraraq, Azərbaycan və dünya bazarında bir neçə böyük layihənin icrasına başlamışdır. Azərbaycanda fəaliyyət göstərən “Azərikimya” İB və “SOCAR Metanol” ilə yanaşı “SOCAR Polymer” və SOCAR Karbamid zavodları bu ildən etibarən istismara veriləcək. Yeni zavodların fəaliyyətə başlaması və mövcud zavodların məhsul portfelinin genişləndirilməsi SOCAR-ın dəyər zəncirini təkmilləşdirərək, Azərbaycana əlavə gəlir qazandıracaq, yeni iş yerlərin açılması, habelə milli iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm töhfələr verəcəkdir.

21.02.2018 12:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ