Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AXA MBASK” “su qiymətinə” satılacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AXA MBASK” “su qiymətinə” satılacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” sığorta şirkəti bazar dəyəri ilə müqayisədə çox aşağı qiymətə, belə demək mümkünsə, “su qiymətinə” satılacaq.

 

Reklam_3_11

Bu barədə maliyyə bazarındakı mənbə bildirib.

 

Onun sözlərinə görə, fransızlar Azərbaycanın sığorta bazarını tərk etməkdə maraqlı olmasalar da, sonda şirkəti satmaq barədə təkliflə razılaşıblar. Yekun qərar ötən gün axşam saatlarında Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilmiş görüşdən sonra qəbul edilib. Bundan sonra xarici investorla “AXA MBASK”ın yeni sahibi Elxan Qəribli arasında ilkin razılaşma imzalanıb.

 

Beləliklə, “AXA”nın Azərbaycandakı 8 illik fəaliyyəti son çatmaq üzrədir. Xatırladaq ki, xarici Sığorta Qrupu yerli bazara 2010-cu ilin oktyabr ayında, özünün törəmə cəmiyyəti -“AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə Azərbaycanın “MBASK” sığorta şirkətinin səhmlərini əldə etməklə daxil olub. Həmin vaxt “MBASK”ın səhmlərinin 70%-i Eldar Qəribova (“Unibank”ın əsas səhmdarı, Müşahidə Şurasının sədri, Elxan Qəriblinin əmisi oğlu), 30%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankına məxsus idi. Sövdələşmədən sonra “AXA” “MBASK”da 51%, E.Qəribov isə 49% paya malik oldu və şirkətin rebrendinqi (“AXA MBASK”) həyata keçirildi. Tədricən isə “AXA” payını 100%-ə çatdırdı.

 

“AXA MBASK” Azərbaycanda mənfəətlə işləyən sığorta şirkətlərindən olub. 2017-ci ilin maliyyə nəticələri məlum olmasa da, 2016-cı ilin yekununda şirkətin gəlirləri 25,761 milyon manat (2015-ci ilə nisbətən 2,6% çox), xərcləri 25,256 milyon manat (1,8% çox), maliyyə mənfəəti 505 min manat (66,8% çox), mənfəət vergisi ödəmələri 101 min manat, xalis mənfəəti isə 404 min manat təşkil edib.

 

1 yanvar 2017-ci il tarixinə “AXA MBASK”ın aktivləri 38,291 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,4% çoxdur. Hesabat tarixinə sığorta şirkəti 18,312 milyon manatlıq öhdəliklərə (14,2% çox), 19,98 milyon manatlıq balansk kapitalına (3,6% çox) malik olub.

 

© “Renkinq”

21.02.2018 12:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ