Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda Françayzinq Forumu keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Françayzinq Forumu keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda 1-ci Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Forum 2 mart 2018-ci il tarixində "Fairmont Baku"  mehmanxanasında təşkil ediləcəkdir.

 

1-ci Azərbaycan Beynəlxalq Françayzinq Forumu şirkətlərin öz konsepsiyalarını nümayiş etdirmək, françayzinq biznesinin yaradıb inkişaf etdirmək təklifini etmək üçün yüzdən artıq şirkətləri bir araya gətirəcək. İaşə fəaliyyəti, pərakəndə mağazalar, xidmət sahələri, təchizatçılar və mehmanxanalar sahələrində şirkətlər sərgidə təqdim olunacaqdır.

 

Biznes sahibi, investor, xidmət təminatçısı və ya işçi olduğunuzdan asılı olmayaraq, 1-ci Azərbaycan Beynəlxalq Françayzinq Forumu, françayzinq sənayesində bütün növ profillərlə şəxsən tanış olmaq üçün ideal bir platformadır.

 

Forum iştirakçıları arasında aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlər yer alır: “fast-food” (“Noon-o-Kabab” şirkəti, BƏƏ), uşaqlar üçün mal və xidmətlər (“Gulliver”/“Button Blue” şirkəti, Rusiya), İT (“REISSWOLF” şirkəti, Almaniya), geyim istehsalı (“Kanzler” şirkəti, Almaniya). Forum çərçivəsində “Azərbaycanda Françayzinqin İnkişafı” mövzusunda seminar keçiriləcək və burada qonaqlar öz biznes planlarını həyata keçirmək üçün əlavə məlumatlar ala biləcəklər. Təşkilatçılar inanırlar ki, bu forum bazar tələbatının təhlili, franşiza məsələləri üzrə konsultasiya, franşiza verən şirkətlərlə görüşlər və yeni brendlərin ölkə bazarına daxil olması baxımından səmərəli vasitəyə çevriləcəkdir.

 

Daha ətraflı: http://franchiseexpo.az

21.02.2018 15:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ