Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

SOCAR-AQŞ daha bir quyunun tikintisini vaxtından əvvəl başa çatdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-AQŞ daha bir quyunun tikintisini vaxtından əvvəl başa çatdırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-AQŞ “Günəşli” yatağında daha bir quyunun tikintisini vaxtından əvvəl başa çatdırıb.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, mmüəssisə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2800 m olan 324 saylı quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

 

“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
 

SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) ‘qazma işləri aparır

21.02.2018 17:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ