Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Venesuelanın rəqəmsal pulu satışda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Venesuelanın rəqəmsal pulu satışda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Venesuela dövləti rəqəmsal pul vahidi "Petro"nun ön satışlarına başlayıb. İlk gündə 735 milyon dollar sərmayə qoyulduğu açıqlanıb.


 

"Marja" xəbər verir ki, Prezident Nikolas Maduro, ölkə televiziyasında verdiyi açıqlamada kripto valyutanın ön satışlarının ilk günündə 735 milyon dollar dəyərində "Petro" satıldığını bildirib.
 

Maduro,milli neft, qaz və mineral ehtiyatlar ilə dəstəklənən valyutanın ölkənin iqtisadi çətinliklərinə kömək olacağını bildirib. ABŞ Venesuelaya iqtisadi sanksiyalar tətbiq edib.
 

Venesuelanın öz rəqəmsal pul vahidini çıxararaq dünyada birinci olduğunu vurğulayan Maduro, "Bu, 21-ci əsrə atılmış böyük bir addımdır", - ifadələrini istifadə etdib.
 
  

Rəqəmsal valyutanın sənədində 100 milyon "Petro" buraxıldığı bildirilir. Bunun 38,4 milyonluq hissəsi biri 60 dollara ön satışlarda investorlara təqdim olunacaq. Ön  satışlar 19 Marta qədər davam edəcəkdir. 20 Martdan sonra 44 milyon "Petro"  bazara çıxarılacaq. Valyutanın tənzimlənməsi üzrə orqan olan Venesuela Məzənnə və Müvafiq Fəaliyyətlər Palatası 17,6 milyon "Petro"nu nəzarət məqsədilə əlində saxlayacaqdır

21.02.2018 17:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ