Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fed protokolları dərc edildi, Dollar bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed protokolları dərc edildi, Dollar bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fed protokolları: Güclənən iqtisadi inkişaf daha çox faiz artırılacağı ehtimalını artırır



 
ABŞ Mərkəzi Bankının (Fed) 30-31 Yanvar 2018-ci il tarixlərində keçirilmiş toplantısının protokollarına görə, Fed rəsmiləri 2018-ci ildə iqtisadi inkişafın proqnozları keçəcəyini gözləyirlər və əmək bazarının daha da güclənəcəyini hesab edirlər. 
 

"Marja" xəbər verir ki, Protokollarda, "İştirakçıların əksəriyyəti, güclənən iqtisadi artımın daha çox mərhələli faiz artırmağa uyğun olacağı ehtimalının artırdığına diqqət çəkib" deyilir.


 
Fed rəsmiləri Dekabr ayında 2018-ci il üçün iqtisadi artımın 2.5 faiz olacağı proqnozunu vermişdilər. 

 

Fed-in daha çox faiz artıracağına işarə etməsi Dolların bahalaşmasına təkan verib. Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 1.2277 səviyyəsinə düşüb. Dolların mühüm valyutalar qarşısında dəyərini göstərən Dollar İndelksi yenidən 90 səviyyəsini keçib.

 

Yanvar ayındakı toplantıda Fed faizləri dəyişməyərək 1.25-1.50 faiz aralığında saxlamış və inflyasiyanın bu il yuxarı istiqamətdə hərəkət etməsini və orta müddətdə 2 faiz hədəfi ətrafında sabitləşəcəyini gözlədiyini qeyd edtmişdi.
 
 
Protokollara görə, bir qrup Fed rəsmisi, əmək bazarında davam edən güclənmənin (məşğulluq və əməkhaqları artır) bir məqamda daha sürətli inflyasiyaya səbəb ola biləcəyini düşünür.

 

Analitiklər Fed-in bu il 4 dəfə faiz artıra biləcəyinə diqqət çəkirlər. Fed ötən ilin sonunda 2018-də 3 dəfə faiz artıracağını gözlədiyini açıqlamışdı.

22.02.2018 04:33

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ