Fed protokolları dərc edildi, Dollar bahalaşdı
Fed protokolları: Güclənən iqtisadi inkişaf daha çox faiz artırılacağı ehtimalını artırır
ABŞ Mərkəzi Bankının (Fed) 30-31 Yanvar 2018-ci il tarixlərində keçirilmiş toplantısının protokollarına görə, Fed rəsmiləri 2018-ci ildə iqtisadi inkişafın proqnozları keçəcəyini gözləyirlər və əmək bazarının daha da güclənəcəyini hesab edirlər.
"Marja" xəbər verir ki, Protokollarda, "İştirakçıların əksəriyyəti, güclənən iqtisadi artımın daha çox mərhələli faiz artırmağa uyğun olacağı ehtimalının artırdığına diqqət çəkib" deyilir.
Fed rəsmiləri Dekabr ayında 2018-ci il üçün iqtisadi artımın 2.5 faiz olacağı proqnozunu vermişdilər.
Fed-in daha çox faiz artıracağına işarə etməsi Dolların bahalaşmasına təkan verib. Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 1.2277 səviyyəsinə düşüb. Dolların mühüm valyutalar qarşısında dəyərini göstərən Dollar İndelksi yenidən 90 səviyyəsini keçib.
Yanvar ayındakı toplantıda Fed faizləri dəyişməyərək 1.25-1.50 faiz aralığında saxlamış və inflyasiyanın bu il yuxarı istiqamətdə hərəkət etməsini və orta müddətdə 2 faiz hədəfi ətrafında sabitləşəcəyini gözlədiyini qeyd edtmişdi.
Protokollara görə, bir qrup Fed rəsmisi, əmək bazarında davam edən güclənmənin (məşğulluq və əməkhaqları artır) bir məqamda daha sürətli inflyasiyaya səbəb ola biləcəyini düşünür.
Analitiklər Fed-in bu il 4 dəfə faiz artıra biləcəyinə diqqət çəkirlər. Fed ötən ilin sonunda 2018-də 3 dəfə faiz artıracağını gözlədiyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
4 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 4 saat əvvəl
-
5 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 5 saat əvvəl
-
7 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 8 saat əvvəl
-
8 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
8 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir