Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Sığorta Kommersiya Şirkətində böyük azalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Sığorta Kommersiya Şirkətində böyük azalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cari ilin Yanvar ayında topladığı sığorta haqları 2017-ci ilin Yanvar ayı ilə müqayisədə kəskin azalıb.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin yanvarında 3 milyon 201 min manat yığan şirkət, 2018-ci ilin yanvarında 681 min manat sığorta haqları toplayıb. Qısası, illik müqayisədə 4,7 dəfə azalma baş verib.

 

Şirkətin ödənişləri isə 462 min manatdan 584,2 min manata qalxıb.

 

Dövlət Sığorta Kommersiya Şirkəti 2016-cı ildə 41 milyon 224 min 916 manat, 2017-ci ildə isə 40 milyon 444 min 876 manat sığorta haqları toplamışdı. Şirkətin ödənişləri müvafiq olaraq 16 milyon 166 min 169 manat və 12 milyon 370 min 915 manat təşkil etmişdi.

22.02.2018 05:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ