Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib

Unibankın korporativ müştəriləri indi cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini  internet bankinqə köçürə biləcəklər.

 

Reklam_3_11

Bankın biznes müştəriləri üçün tətbiq etdiyi Open API sistemi müştərilərə real zamanda hesabları haqqında məlumatları əldə etmək, həmçinin rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanı yaradır.

 

Bankın yaydığı məlumata görə, API –da müştərinin kartları və hesabları haqqında bütün məlumatlar mövcuddur. Bu platforma müştəriyə bütün hesablarını izləmək və maliyyə hesablarını idarə etmək imkanı verir. Sistem bir neçə bank hesabı olan müştərinin işini daha da asanlaşdırır. API-dən istifadə edərək, müştəri bir hesabından digər hesabına asanlıqla pul köçürə bilər. Unibankın korporativ müştərilərinə təqdim etdiyi bu sistemi öz hesablaşma sisteminə inteqrasiya edən müştəri, səhvsiz və gecikmədən ödənişləri göndərə bilir.

 

Open API –ın əsas üstünlükləri

 

-Open API məlumatların tam təhlükəsizliyini təmin edir;

-Müştəri üçün öz sistemində ödəniş yaratdıqdan sonra, İB-də eyni ödənişi yaratmağa ehtiyac qalmır, ödəniş avtomatik olaraq yaradılır;

-Əməliyyatların statusları barədə məlumat alır;

-Hesabdan çıxarış əldə etmək imkanı yaradır.

 

Hazırda API vasitəsilə İnternet Bankinqdə bütün növ ödənişlər və köçürmələr keçirmək (əmək haqqı və kütləvi ödənişlər yaxın zamanda olacaq) mümkündür:

 

-Hesabdan hesaba köçürmələr (ölkədaxili və ölkəxarici)

-Hesabdan karta köçürmələr

-Kartdan karta

-Kartdan hesaba

-Konvertasiya əməliyyatları

-Büdcə ödənişləri

-Azercell ödənişləri

-ƏDV ödənişləri

 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

22.02.2018 07:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ