Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nəqliyyat şirkətlərinin problemləri müzakirə edilib - PREZİDENTƏ GÖNDƏRİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəqliyyat şirkətlərinin problemləri müzakirə edilib - PREZİDENTƏ GÖNDƏRİLƏCƏK

Bakıda Caspian European Club-un tərkibinə daxil olan nəqliyyat komitəsinin iclası təşkil olunub. 


 

Turizm komitəsinin rəhbəri Rəşad Abasovun sədrliyi ilə keçirilən toplantı zamanı nəqliyyat şirkətlərinin başçıları və nümayəndələri üzləşdikləri problemləri və onların həlli yollarını müzakirə ediblər. İrəli sürülən təkliflər Caspian European Club-un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumuna göndəriləcək. 


Müzakirələrin yekunu olaraq, dövlət qurumları ilə işçi qrup çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə təqdim etmək üçün xüsusi hesabat və təkliflər paketi hazırlanacaq. 


Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında beş mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.


Caspian European Club iki il ərzində Caspian American Club (24  dekabr 2016-cı ildə yaranıb) və Caspian Asian Club-u (26 yanvar 2018-ci ildə yaranıb) idarə edəcək.  

 

22.02.2018 07:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ