Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakıdan İstanbula qatarla sərnişindaşıma gecikəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan İstanbula qatarla sərnişindaşıma gecikəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq. 

 

Bunu Vyanada (Avstriya) səfərdə olan “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanov açıqlamasında deyib. 

 

Onun sözlərinə görə,  ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinə qədər olan əraziləri əhatə edəcək. Bunun üçün isə ilk növbədə texniki şərtlər ödənilməlidir:

 

“Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur”.

 

QSC sədri onu da bildirib ki, artıq İsveçrənin “Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da “Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.

 

C.Qurbanov qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar BTQ istiqamətində müntəzəm daşınmanı təmin edəcək.

 

© “AzərTAc”

22.02.2018 07:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ