Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"2018-də 650-700 avtomobil satmağı hədəfləyirik” - YENİ MODELLƏR GƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"2018-də 650-700 avtomobil satmağı hədəfləyirik” - YENİ MODELLƏR GƏLİR

HYUNDAI avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti 2018-ci ildə 650-700 ədəd civarında avtomobil satmağı hədəfləyir.

 

Reklam_3_11

Bunu "Marja"ya şirkətinin marketinq direktoru Rauf Cahangirov bildirib.

 

“2017-ci ildə yeni HYUNDAI satışları gözlədiyimizdən də yaxşı oldu. Aktiv marketinq və satış fəaliyyətləri sayəsində satışlarımızı 30% artıra bildik. Son illərin sektor üçün çətin olmasına baxmayaraq, bazar payımızı qoruyub saxlaya bilmişik. 2018-ci ildə 650-700 ədəd civarında avtomobil satmağı hədəfləyirik”.

 

YENİ MODELLƏRİN SATIŞINA BAŞLANACAQ

 

“Siz, nələrə əsasən 2018-ci ildə satışlarınızın 650-700 ədəd civarında olacağını proqnozlaşdırırsınız?” sualına Rauf Cahangirov aşağıdakı şəkildə cavab verdi:

 

“Hyundai-ın ən çox satılan modellərindən biri olan Santa Fe tamamilə yenilənib. Yeni Santa Fe Mart ayında Cenevrə Avtomobil Sərgisində təqdim ediləcəkdir. Bu avtomobili bəyənənlər yeni modeli gözləyirlər. Azərbaycanda tam yeni Santa Fe-nin satışlarına 2018-ci ilin yayından başlayacağımızı gözləyirik.

 

Həmçinin Volester modeli tam yenilənib və artıq Detroit avtomobil sərgisində nümayiş etdirilib.

 

Volester 3 qapılı idman üslubunda avtomobildir. Unikal dizayna malikdir. Gənc ruhlu, aktiv həyat tərzi keçirən, sürəti sevən insanlar bu avtomobilə üstünlük verirlər. Bu il baharın sonundan Veloster və Veloster Turbo modellərinin Azərbaycanda satışına başlamağı planlaşdırırıq.

 

2018-ci ildə yeni Santa Fe və Veloster modellərinin salonlarımızda yer almaları ilə satışlarımızın daha da artacağını gözləyirik.

22.02.2018 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ