Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qiyməti çox münasibdir - AZƏRBAYCANDA BU AVTOMOBİL YAXŞI SATILIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiyməti çox münasibdir - AZƏRBAYCANDA BU AVTOMOBİL YAXŞI SATILIR

Hyundai-ın Rusiyadakı zavodundan alınan Creta və Accent modelləri qiymət baxımından çox rəqabətlidir:

 

“Auto Azərbaycan” şirkətinin marketinq direktoru Rauf Cahangirov “Marja”ya bildirib ki, Creta və Accent-in qiymətləri öz rəqibləri ilə müqayisədə əlçatandır: “Accent modeli 24.200 manatdan başlayan qiymətlər ilə təklif olunur. Bütün modellərimiz avtomatik sürət qutusu ilə təchiz edilir. Əvvəllər Accent modelini daha çox şirkətlər alırdılarsa, artıq çoxlu sayda fərdi şəxslər də Accent-i seçir.

 

SATIŞLARA “LİMİTSİZ YÜRÜŞ” DƏSTƏYİ

 

Rauf Cahangirov bildirdi ki, avtomobillərə 4 il/limitsiz yürüş zəmanətinin verilməsi də satışlara müsbət təsir göstərib:

 

“Müştəri bizdən avtomobili alan zaman 2 zəmanət şərtindən birini seçə bilər. İndiyədək satdığımız avtomobillərə 5 il və ya 100 000 km zəmanət təklif edirdik. Yeni məhsulumuz isə 4 il və ya limitsiz yürüşü nəzərdə tutur. Bu təklif şirkətlər, taksi xidməti göstərənlər, ümumiyyətlə avtomobili çox sürənlər üçün xüsusilə sərfəlidir.  HYUNDAI öz məhsullarının keyfiyyətinə güvənir. Avtomobili az sürənlər isə 5 il və ya 100 000 km təklifini seçə bilərlər”.

 

“ARTIQ 2018-DƏ İSTEHSAL OLUNMUŞ AVTOMOBİLLƏRİ SATIRIQ”

 

Rauf Cahangirov bildirdi ki, artıq HYUNDAI salonlarında 2018-ci ildə istehsal olunmuş  avtomobillər satılır:

 

“Adətən distribyutor Yanvar ayında zavoda verdiyi sifarişlər üzrə avtomobilləri Fevral-Mart ayından başlayaraq alır. Biz artıq 2018-də istehsal olunmuş modelləri satırıq. Sifarişləri elə tənzimlədik ki, Yanvar ayının sonundan etibarən 2018-ci il istehsalı Creta və Accent modellərini müştərilərə təklif edirik. Bu məsələdə qonşu Rusiyada Hyundai-ın zavodunun olması da bizə kömək edir. Qeyd edim ki, satış komandamız ilin ortasından sonra satışlara ciddi yanaşıb. 2018-ci ilə minimal sayda 2017-ci ildə istehsal olunmuş avtomobil ilə keçmişik. Ötən ildən qalma bir neçə modelimiz var. Onları da 2018-ci ilin 1-ci rübündə satıb bitirəcəyik”.  

 

Daha ətraflı: http://www.hyundai.az/az/accent

22.02.2018 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ