Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Finance Leasing” və “Finex Kredit” yollarını ayırdı - PAYINI SATDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Finance Leasing” və “Finex Kredit” yollarını ayırdı - PAYINI SATDI

“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının (BOKT) səhmdar tərkibində dəyişiklik olub.

 

“Marja”nın əldə etdiyi məlumata görə, BOKT-ın ən iri səhmdarı olan “Finance Leasing” ASC payını satıb.

 

2013-cü ildə 300 min manat nizamnamə kapitalı olan “Finex Kredit”də fiziki şəxslərin 80%, “Finance Leasing”in 20% payı var idi. 2014-2015-ci illərdə “Finex Kredit”in nizamnamə kapitalı “Finance Leasing”in hesabına 200 min manat artırılaraq 500 min manata çatdırılır. Bu əməliyyatdan sonra BOKT-da “Finance Leasing”in payı 88%, fiziki şəxslərin payı 12% təşkil edirdi.

 

2016-cı ildə “Finex Kredit”in nizamnamə kapitalı fiziki şəxslərin hesabına 100 min manat artırılaraq 600 min manata çatdırılır. Bu əməliyyatdan sonra “Finance Leasing”in payı 73,33%-ə düşür, fiziki şəxslərin payı isə 26,27%-ə qalxır.

 

Ötən ilin sonunda “Finance Leasing” ASC BOKT-dakı 73,33% payını yeni fiziki şəxs olan səhmdarlara satıb. Artıq “Finex Kredit” 100% fiziki şəxslərə məxsusdur. “Finex Kredit” və “Finance Leasing” tamamilə yollarını ayırıblar.

 

Əlavə edək ki, 2018-ci ilin əvvəlində  “Finex Kredit” BOKT ASC-nin nizamnamə kapitalı 200 min manat artırılaraq 800 min manata çatdırılmışdır. Kapitalın artırılması yeni və mövcud fiziki şəxs səhmdarların hesabına təmin olunub.

 

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun keçmiş rəhbəri Azad Cavadovun da 2017-ci əvvəllərinə kimi "Finance Leasing” ASC-də payı var idi.

22.02.2018 10:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ