Gürcüstan "Nike" və "Puma" istehsalına başlayır

 

Bu gün Gürcüstanın Poti şəhərində yeni tekstil fabriki açılıb.

 

Fabriki “Adjara Textile” şirkəti istifadəyə verib.

 

Ümumilikdə, 3 minə yaxın insanın çalışacağı istehsalat müəssisəsinə 40 mln. lari civarında türk investisiyası yatırılıb.

 

Əldə edilmiş razılaşmaya əsasən, fabrik ildə 10 mln. ədəd “Nike”, “Puma”, New Balance” və “Underarmer” brendlərinin qısaqol köynəklərini və şortlarını istehsal edəcək.

 

“Adjara Textile”in maliyyə direktoru Qiya Lominadze (Gia Lominadze) deyib ki, ilk olaraq 1 500 nəfər işə götürüləcək: “2019-cu ildə fabrikin ikinci mərhələsinin inşasından sonra isə bu rəqəm 3 minə çatdırılacaq”

 

©Report

22 Fevral 2018 , 17:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin