Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"İnsan Resursları Norm şirkətinin daxili sərvətidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnsan Resursları Norm şirkətinin daxili sərvətidir"

Norm Sement zavodu bütün Cənubi Qafqazda ən iri sement istehsalçısıdır. Zavodun məhsulları yüksək keyfiyyəti, etibarlılığı, termodavamlılığı və istifadədə sadəliyi ilə xarakterizə edilir. Zavod tanınmış Avropa istehsalçılarının avtomataşdırılmış avadanlıqları ilə təchiz edilib. Layihəyə sement sənayesində dünyanın aparıcı mütəxəssisləri cəlb edilmişdir.

 

Azərbaycanın aparıcı sement istehsalçısı olan Norm Sement zavodu gənc yaşına rəğmən öz sahəsində bazar liderinə çevrilmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində Norm şirkəti daxili insan resurslarının inkişafına, peşəkarlığının artırılmasına, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə də xüsusi diqqət ayırır. Şirkət hər il ali təhsil ocaqlarının tələbələri üçün təcrübə keçmək imkanı yaradır. Bunun üçün ölkədə mövcud ali təhsil müəssisələri ilə danışıqlar aparılır, karyera planlama mərkəzləri ilə əlaqələr yaradırılır, belə mərkəzlərin olmadığı universitet və institutlarda aidiyyatı üzrə fakultələr ilə əməkdaşlıq edilir, bakalavrlarla yanaşı magistratura tələbələri də iş təcrübəsi toplamaq üçün şirkətə dəvət olunurlar.

 

Layihədə əsas məqsəd Azərbaycan gənclərini iş həyatına hazırlamaqdır. Ötən il Norm tədris mərkəzində 18 tələbə təcrübə keçib, il ərzində zavodda İqtisad Universitetinin tələbələri üçün 4 ekskursiya və “Gənc mühəndislər” cəmiyyəti, Xəzər Universiteti, Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təlimlər keçirilib. Bu layihə cari ildən daha geniş şəkildə davam etdirilir. Şirkət həmçinin aktiv şəkildə ali təhsil ocaqlarında keçirilən yarmarkalarda iştirak edir və vakansiyalarını şəffaf şəkildə tələbələrə təqdim edir.

 

Şirkətin insan resursları departamentinin fəaliyyətində əsas hədəf işçilərin şəxsi hüquqlarından tam və düzgün istifadə etməsinə imkan yaratmaq, onlara vicdanla və ədalətlə yanaşmaq, təhlükəsiz və sağlam iş şəraiti təmin etməkdir. NORM insan kapitalının inkişafı üçün imkan yaratmaq məqsədilə lazımi səy göstərir, sosial maarifləndirmə apararaq öz təşəbbüsləri ilə müvafiq sosial və ictimai fəaliyyətlərin yerinə yetirilməsində işçilərinə dəstək olur, onların peşə həyatları ilə yanaşı şəxsi həyatlarına da hörmətlə yanaşır

24.02.2018 07:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ