Misir Prezidenti Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

Fevralın 22-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

 

Şahin Mustafayev Misirə səfəri çərçivəsində keçirdiyi görüşlər, Müştərək Komisiyanın iclası və imzalanacaq sənədlər barədə Misir Prezidentinə məlumat verib.

 

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi diqqətə çatdırıb ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Misir və Azərbaycan xalqlarının dost və qardaş xalqlar olduğunu vurğulayan Misir Prezidenti ölkəsinin çətin vaxtlarında göstərilən köməyə görə Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

22 Fevral 2018 , 18:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin