Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu şəxslərə 1450 manat təqaüd veriləcək - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şəxslərə 1450 manat təqaüd veriləcək - SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev fevralın 22-də "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. 

 

"Marja"nın məlumatına görə, fərman ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi daşıyır

 

Fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilir.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1300 manat idi. 

 

GƏNC İSTEDADLAR 400 MANAT ALACAQ

 

Prezidenti digər sərəncamı ilə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 manat müəyyən edilib.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 300 manat idi.  

22.02.2018 15:49

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ