Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Naxtel”in abunəçilərinin sayı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Naxtel”in abunəçilərinin sayı açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə müəssisəsi olan “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətə başlaması muxtar respublikamızda yeni texnologiyaların tətbiqi və əhaliyə ­keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi baxımından İKT-nin uğuru hesab oluna bilər.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, “Naxtel” MMC-nin fəaliyyətinin ilk ilində apardığı məqsədyönlü tədbirlər və yüksəkkeyfiyyətli xidmət sayəsində ­ 4-cü nəsil Naxtel operatorunun istifadəçi sayı il ərzində 20 min 700 nəfər artaraq hazırda 30 minə yaxınlaşıb.

 

Bank ödəniş və qəbul terminallarında Naxtelin sim kartlarından kanal yaradıcı vasitə kimi istifadə olunması və hesabat sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər icra olunub, 120 pos-terminal və 10 bankomatda Naxtel sim kartlarından istifadə olunması təmin edilib. 


Bu gün digər operatorlardan fərqli olaraq muxtar respublikanın bütün yaşayış ərazilərini genişzolaqlı data xidmətləri ilə təmin edə bilən 4-cü nəsil Naxtel operatoru mobil bankçılıq və bank əməliyyatları sektorunda geniş texniki imkanlara malikdir. Naxtelin beynəlxalq rominq əlaqələrinin qurulması sahəsində də işlər davam etdirilir. Hazırda Gürcüstanda Naxtelin rominq xidməti işə salınmış, digər 10 ölkə üzrə test sınaq işləri həyata keçirilir.

 

 ”NAXTEL” 4-cü nəsil GSM + LTE operatorudur. 

23.02.2018 06:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ