Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Rabitəbank" nizamnamə kapitalını daha da artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rabitəbank" nizamnamə kapitalını daha da artırdı

"Rabitəbank" ASC 14 fevral tarixində nizamnamə kapitalını 12.8 milyon manat məbləğində artıraraq 101.3 milyon manata, məcmu kapitalını isə 104.6 milyon manata çatdırmışdır. Artım mövcud səhmdarlar hesabına həyata keçirilmişdir.

 

Reklam_3_11

Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

"Nizamnamə kapitalının artırılmasında əsas məqsəd bankı əlavə kapitalla təmin edərək onun sabitliyini daha da möhkəmləndirmək və strateji layihələrdə iştirakını təmin etməkdir", - Bankın məlumatında deyilir.

 

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan "Rabitəbank"ın  aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 milyon manat təşkil etmişdir. Hazırda Bank ölkə ərazisində 22 filial və 1 şöbədən ibarət şəbəkəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunda fəaliyyət göstərir.

 

Xatırladaq ki, 2018-ci il "Rabitəbank"ın fəaliyyətinin 25-ci ilidir. 1993-cü ildə yaradılmış Rabitəbank 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir.  Öz fəaliyyətinin 25-ci ilində də Rabitəbank hər zaman olduğu kimi yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.

23.02.2018 08:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ