Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“MegaStore” “Bazarstore”un belini yerə vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MegaStore” “Bazarstore”un belini yerə vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin əvvəlindən “Bazarstore” supermarket şəbəkəsinin ən böyük şöbəsi fəaliyyətini dayandırıb.

 

Reklam_3_11

Bu hadisədən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq çoxları məlumatsız ola bilər. 

 

“Marja”nın əldə etdiyi məlumata görə, “Bazarstore”un belini yerə “MegaStore” vurub.

 

Gəlin tarixə nəzər salaq. 18 Sentyabr 2015-ci il tarixində "Bazarstore" mağazalar şəbəkəsinin ən böyük filialı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Talkuçkanın yanı) istifadəyə verildi. 9000 m2-lik obyektin 2 mərtəbəsini də tutan supermarketin ilk vaxtlar satışları pis deyildi. 2017-ci ildə “MegaStore” növbəti filialını qonşu ünvanda açdıqdan sonra, “Bazarstore” üçün qara günlər başladı. İlk öncə icarəyə götürdüyü obyektin 2-ci mərtəbəsindən imtina edən "Bazarstore", nəhayət bu ilin əvvəlində “ağ bayrağı” qaldırıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Qeyd edək ki, “MegaStore”un Bakıxanov filialı çox aktivdir. Geniş çeşid, gülərüz personal və ardıcıl keçirilən sərfəli kampaniyalar sayəsində müştəriləri özünə cəlb edə bilib.

 

"Bazarstore" ötən illərdə bir sıra rayonlarda da şöbələrini bağlamışdı. İnsanlar "Bazarstore"u bahalı şəbəkə kimi xatırlayır.

 

“Bazarstore”un çox güclənmiş rəqibləri ilə yarışmaqda çətinlik çəkdiyi müşahidə edilir. Bu yaxınlarda “Makromart” şəbəkəsini alan “Bazarstore” qısa yolla rəqiblərinə çatmaq istəyir. Mütəxəssislər bildirirlər ki, “Bazarstore” çoxdan yola çıxmış karvana çatmaq üçün daha sürətli olmalı və iş üslubunda dəyişikliklərə getməlidir. “Bazarstore”un rəqibləri filiallarını sürətlə artırır və daha böyük şöbələr istifadəyə verirlər.

23.02.2018 09:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ