Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qaz üçün nəhəng qurğu dənizə yola salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qaz üçün nəhəng qurğu dənizə yola salındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Heydər Əliyev adına yarımdalma qazma qurğusu fevralın 23-də “Caspian Drilling Company” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağında qazma işləri aparmaq üçün dənizə yola salınıb.

 

Reklam_3_11

“Caspian Drilling Company”dən bildirilib ki, dünyada ilk və yeganə 1400 atmosfer təzyiqinə davamlı, altıncı nəsil Heydər Əliyev adına yarımdalma qazma qurğusunun inşası 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus Heydər Əliyev adına yarımdalma qazma qurğusunun tikintisi “Caspian Drilling Company” şirkəti tərəfindən həyata keçirilib və bundan sonra onun menecmenti altında fəaliyyət göstərəcək.

 

Heydər Əliyev adına yarımdalma qazma qurğusu SOCAR və “Total” şirkətlərinin pay sahibi olduğu “Abşeron” qaz yatağında “ABX-2” quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra “ABD001” quyusunu qazacaq. Bu da “Abşeron” yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq.

 

Yola salınma münasibətilə Heydər Əliyev adına yarımdalma qazma qurğusunun inşasını həyata keçirən və tikintini idarə edən “Caspian Drilling Company” şirkətinin heyəti, baş direktoru Fərid Axundov, “Total” şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal və şirkətin əməkdaşlarının iştirakı ilə yolasalma mərasimi keçirilib və Heydər Əliyev adına yarımdalma qazma qurğusu dənizə yola düşüb.

23.02.2018 10:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ