Ən yuxarı statik reklam_3

Palatada AYİB-in nümayəndə heyətilə görüş olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatada AYİB-in nümayəndə heyətilə görüş olub

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəhbərliyi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə İnstitutları üzrə İcraçı Direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

 

Palatanın Baş İcraçı direktoru İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqmətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri, bank sektorunda aparılan restrukturizasiya və sağlamlaşdırma tədbirləri, bank sektorunun cari göstəriciləri və digər yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.

 

6 dekabr 2016-cı il tarixində ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər barədə məlumat verən İ.Alışov hazırda prioritet olan qeyri-neft sektorunun inkişafı üzrə atılan addımların ölkədə işgüzar fəallığın və əhalinin maddi-rifahının daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirdi.

 

AYİB-in Rusiya və Orta Asiya regionunda maliyyə institutu üzrə direktoru Corc Orlov Azərbaycanın bank sektorunda müşahidə edilən müsbət tendensiyaları yüksək qiymətləndirərək təmsil etdiyi qurum tərəfindən ölkə iqtisadiyyatına veriləcək töhfənin hər iki tərəf üçün faydalı olacağını bildirdi.

 

İclasın sonunda Palata ilə AYİB-in əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparıldı.

23.02.2018 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ