Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bank Respublika”nın yeni səhmlərini kim aldığı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika”nın yeni səhmlərini kim aldığı açıqlandı

Xəbər verdiyimiz kimi, 14 fevral 2018-ci il tarixində yekunlaşmış əməliyyat ilə “Bank Respublika” ASC-nin hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 səhmləri yerləşdirilmişdir. Yerləşdirmə nəticəsində Bankın nizamanmə kapitalı 10 milyon 67 min manat artmışdır.

 

“Marja” xəbər verir ki, bu gün açıqlanmış "İnsayder əqdləri haqqında malumat"a görə, əqd Quliyev Natiq Saday oğlu ilə bağlanmışdır.  Yəni, “Bank Respublika” ASC-nin emissiya etdiyi yeni səhmlər mövcud səhmdarlardan biri olan Natiq Quliyev tərəfindən alınmışdır. 

 

Əqddən sonra Natiq Quliyevin “Bank Respublika” ASC-də payı 53,2% təşkil edir. O, bankın 14,793,070 ədəd səhmlərinə malikdir. Bankın cəmi nizamnamə kapitalı hər birinin nominal dəyəri 2,45 manat olan 27535138 ədəd səhmdən ibarətdir.

 

“Bank Respublika” ASC nizamnamə kapitalını 10 000 067 manat artırdıqdan sonra 67 461 088,1 manata çatıb.

 

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu da təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

 

Bundan başqa Elçin Saday oğlu Quliyev, Sevda Saday qızı Quliyeva, Saday Əsəd oğlu Quliyev, Mariya Heydər qızı Quliyeva və digər 3 hüquqi və 9 fiziki şəxs də Bankın səhmdarlarıdır. Ümumilikdə Quliyevlər ailəsi Bankın 86%-nə nəzarət edirlər.

 

“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü

Səhmdarlar

Əvvəl

İndi

Səhm sayı

Faiz nisbəti

Səhm sayı

Faiz nisbəti

"DEG" investisiya şirkəti (Almaniya)

2 548 372

10,8656%

2 548 372

9,2550%

"Sparkassen International Development Trust" şirkəti (Almaniya)

1 274 179

5,4328%

1 274 179

4,6275%

Natiq Saday oğlu Quliyev

10 711 410

45,6709%

14 793 070

53,7243%

Elçin Saday oğlu Quliyev

2 320 331

9,8933%

2 320 331

8,4268%

Sevda Saday qızı Quliyeva

2 221 229

9,4708%

2 221 229

8,0669%

Saday Əsəd oğlu Quliyev

2 196 078

9,3635%

2 196 078

7,9755%

Mariya Heydər qızı Quliyeva

2 150 841

9,1707%

2 150 841

7,8113%

Digər 3 hüquqi və 9 fiziki şəxs

31 038

0,1323%

31 038

0,1127%

Cəmi

23 453 478

100%

27 535 138

100,0000%

Nizamnamə kapitalı

57 461 021,1 manat

67 461 088,1 manat

 

© Marja, Report, MEAS

23.02.2018 13:28

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ