Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Standard & Poor's" Türkiyənin kredit reytinqində dəyişiklik etmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Standard & Poor's" Türkiyənin kredit reytinqində dəyişiklik etmədi

"Standard & Poor's" (S&P) kredit reytinqi agentliyi Türkiyənin kredit reytinqində dəyişiklik etməyib.
 

"Marja" xəbər verir ki, qurum tərəfindən Cümə günü verilən məlumata görə, Türkiyənin kredit reytinqi "BB" səviyyəsində təsdiq edilib. Proqnoz "neqativ" dir.
 

Mütəxəssislər də S&P-dən hər hansı bir dəyişiklik gözləmirdilər.

 

"Standard & Poor's", bundan əvvəl, inflyasiya təzyiqlərinin azalmağa başlaması vəziyyətində reytinqin proqnozunun "neqativ"dən "sabit"ə dəyişdirilə bilinəcəyini vurğulamışdı.
 

S&P verdiyi açıqlamada, "neqativ" proqnozun, xarici maliyyə şərtlərinin, ölkənin borclu iqtisadiyyatı üçün mənfi işarələr ilə birlikdə, gec ya da tez Türkiyənin maliyyə və özəl sektorunun böyük miqyaslı xarici borcunu ödəmə qabiliyyətini məhdudlaşdıra biləcəyini əks etdirdiyini qeyd edib.
 

S&P, Türkiyənin kiredit reytinqinin, pul siyasətinin inflyasiya və məzənnə təzyiqlərini dayandırmaqda yetərli olmaması vəziyyətində aşağı salınacağını bildirib.
 

S&P, Türkiyənin Ümumi Daxili Məhsulunun artmasının bu il 4%-ə və 2019-2021-ci illər arasında isə təxminən 3.2%-ə səngiyəcəyi proqnozunu verib.
 

S&P, uğursuz dövlət çevrilişi cəhdinin ardından 2016-cı ilin  İyul ayında Türkiyənin kredit reytinqini "investisiya edilə bilər" səviyyədən iki pillə aşağı olan "BB"yə salmış  və proqnozunu da "neqativ" olaraq müəyyənləşdirmişdi.
 

Türkiyənin kredit reytinqləri:
 

24.02.2018 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ