Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da qazma qurğularının sayı az artdı - NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazma qurğularının sayı az artdı - NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə də artım göstərib. Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.

 
"Marja" xəbər verir ki, neft sahəsinə xidmət şirkəti "Baker Hughes"un həftəlik məlumatlarına görə, 17-23 Fevral dövründə ABŞ-da 1 qazma qurğusu xidmətə qəbul edilib. Beləliklə, ötən həftə 798 olan qazma qurğularının sayı bu həftə 799-a yüksəlib. 

Reklam_3_11


 
 ABŞ-da əvvəlki həftə neft qazma qurğusu sayı 7 artıb, son 1 illik dövrdə isə artım təxminən 33 faiz olub. Ötən ilin eyni dövründə ölkədəki cəmi aktiv neft quyusu qazan qurğuların sayı 602 idi.
 


Neft qazma qurğusu sayındakı həftəlik artımdan sonra, qlobal bazarlarda neftin qiymətlərində azalma baş verməyib. Brent nefti 1,4% artımla 67,31 dollara, ABŞ xam nefti isə 1,1% artımla 63,58 dollara yüksəlib.

 

Əgər aktiv qazma qurğularının sayı daha çox artarsa, bu yaxın gələcəkdə yeni quyulardan neft hasilatına başlanacağı deməkdir. 
 
  
ABŞ-IN NEFT HASİLATI YÜNGÜL GERİLƏMİŞDİ


 
Keçən həftə ABŞ-ın xam neft istehsalında yüngül geriləmə müşahidə olunub.


 
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı məlumatlarına görə, ölkənin xam neft istehsalı 10-16 Fevral tarixlərində, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla min barrel azalaraq 10,27 milyon barrelə enib.


 
Ölkənin xam neft istehsalı beş həftə ardıcıl artım qeyd etdikdən sonra ilk dəfə azalma göstərib.


 
EIA-nın fevral ayı hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi təxmin edilərkən, gələn il 11,2 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı Rusiya keçəcəyi gözlənilir.

24.02.2018 07:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ