Mobil manşet üstü reklam-3_21

S&P, Rusiyanın kredit reytinqini qaldırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P, Rusiyanın kredit reytinqini qaldırdı

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), Rusiyanın kredit reytinqini qaldırdığını bildirib.
 

"Marja" xəbər verir ki, S&P-dən verilən açıqlamada, Rusiyanın xarici valyutada kredit reytinqinin "BBB-" səviyyəsinə, milli valyutada kredit reytinqinin də "BBB" səviyyəsinə qaldırıldığını, proqnozunun da "sabit" olduğu bildirilib.
 

Makroiqtisadi siyasətlərin Rusiyanın xarici və maliyyə balansını güclü edəcəyi vurğulanan açıqlamada, eyni zamanda daha sərt sanksiyalara və aşağı əmtəə qiymətlərinə qarşı iqtisadiyyatı da qoruyacağına diqqət çəkilib.
 

İqtisadi yaxşılaşmanın sürətlənməsi və dəyişkən əmtəə qiymətlərinin dövlət maliyyələşdirməsi üzərindəki təsirinin azalması hallarında Rusiyanın reytinq proqnozunun "pozitiv"ə yüksəldilə bilinəcəyinə yer verilən açıqlamada, digər tərəfdən, geosiyasi proseslər səbəbindən Rusiyanın üzərindəki sanksiyaların daha da artması halında ölkənin reytinq proqnozunun "neqativ"ə salına bilinəcəyi xəbərdarlığı edilib.
 

S&P, keçən il 1,5 faiz artım qeyd edən Rusiya iqtisadiyyatının bu il 1,8%; gələn il də 1,7 faiz artacağını təxmin edildiyini bildirib.
 

FİTCH DƏ KREDİT REYTİNQİNİ TƏSDİQ EDİB
 

Digər bir beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings də Rusiyanın kredit reytinqini təsdiq etdiyini açıqlayıb.
 

Fitch Ratings-dən verilən açıqlamada, Rusiyanın xarici və yerli valyutada kredit reytinqinin "BBB-" səviyyəsində təsdiq edildiyi, proqnozunun da "pozitiv" olduğu qeyd edilib.

 

Açıqlamada, "pozitiv" ("müsbət") proqnoz ilə əlaqədar olaraq, iqtisadi siyasətin gücləndiyi və inflyasiyaya qarşı güclü qətiyyətlə hərəkət edildiyi vurğulanıb.
 


İqtisadi artım potensialını artıran struktur islahatlarının həyata keçirilməsi, güclü monetar və maliyyə siyasətlər ilə makroiqtisadi tarazlığın yaranması vəziyyətində Rusiyanın kredit reytinqinin yüksəldiləcəyinə yer verilən açıqlamada, digər tərəfdən, sanksiyaların artaraq makroiqtisadi tarazlığa mənfi təsir etməsi və ya Rusiyanın beynəlxalq ehtiyatlarının azalması halında ölkənin reytinq proqnozunu "sabit"ə endiriləcəyi qeyd edilib.
 


Açıqlamada, keçən il 1,5 faiz artan Rusiya iqtisadiyyatının bu il və gələn il orta hesabla 2 faiz artmasının nəzərdə tutulduğu məlumatına da yer verilib.

24.02.2018 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ