Mobil manşet üstü reklam-3_21

"eManat"ın sahibi aqropark yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"eManat"ın sahibi aqropark yaradır

Fevralın 21-də "Ağsu Aqropark" MMC dövlət qeydiyyatına alınıb. "Turan" İA araşdırma nəticəsində müəyyən edib ki, o, "Modern Group of Companies" şirkətlər qrupuna aiddir.

 

"Ağsu Aqropark" MMC-nin direktoru Ceyhun Ağakişibəylidir. 43 yaşlı C. Ağakişibəyli 2015-ci ilin ortalarına qədər Müasir İncəsənət Muzeyinin direktoru və "İçərişəhər" Tarix Muzeyinin icraçı direktoru vəzifəsində çalışıb. "Az-Granata" şirkətinin satış şöbəsində çalışıb. Hazırda "Modern Group of Companies"in baş ofisində işləyir.  "Ağsu Aqropark" MMC-nin planları barədə ictimaiyyət məlumat açıqlanmayıb. İqtisadiyyat Nazirliyi də "Ağsu Aqropark" MMC-nin yaradılması barədə məlumat verib.

 

Qeyd edək ki, eManat brendi "Modern Group of Companies" şirkətlər qrupuna aiddir.

 

"Modern Group of Companies" SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun şirkəti kimi tanınır.

 

© Contact

26.02.2018 04:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ